12 C
Baku
Friday, May 17, 2024

“Credit Suisse”in Rusiyadakı aktivlərinə həbs qoyulub

İsveçrənin ikinci ən böyük bankı “Credit Suisse”in Rusiyadakı törəmə şirkətlərinə, “Credit Suisse Bank” (Moskva) və “Credit Suisse Securities”in hesablarında “Transkapitalbankın” (TKB) iddiası əsasında 10 milyon avrodan çox vəsait dondurulub.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirilir ki, şirkətin hər iki törəməsinin aktivlərinin demək olar ki, 100%-i bloklanıb. “Credit Suisse” qərar qəbul edildikdən sonra bir ay ərzində ondan şikayət edə bilər. Bundan əvvəl rusiyalı milyonçu Vitali Malkin İsveçrə banklarından birini məhkəməyə verib. Biznesmenin sözlərinə görə, o, kredit təşkilatının keçmiş meneceri tərəfindən dələduzluq etdiyi üçün 515.55 milyon dollar itirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər