İsveçrə parlament komissiyası “Credit Suisse”nin iflası ilə bağlı apardığı araşdırmanın nəticələrini 50 il ərzində gizli qalacaq, bu barədə komissiyanın sənədlərinə istinadən “Reuters” məlumat verib.
“Araşdırma başa çatdıqdan sonra fayllar Federal Arxivə təhvil verilməli və 50 il müddətində qorunmalıdır”, – mesajda deyilir.
İsveçrənin ikinci ən böyük bankı olan “Credit Suisse” ABŞ-ın “Silicon Valley Bank”, “Signature Bank” və “Silvergate Capital”ın dağılmasından sonra çətin vəziyyətə düşüb. “Credit Suisse”nin İsveçrə Birjasında (SIX) səhmləri martın 15-də tarixi minimumu yeniləyib. Kotirovkalar 30.8% ucuzlaşaraq 1.55 İsveçrə frankına düşüb ki, bu da bir gündə ən güclü eniş olub. Martın 15-də keçirilən ticarət nəticəsində səhmlər 24.2% ucuzlaşaraq 1.7 İsveçrə frankı təşkil edib.
Amerika bankları ilə bağlı vəziyyətdən əlavə, kotirovkaların düşməsinə “Credit Suisse”Nin ən böyük səhmdarı – Səudiyyə Milli Bankının səhmlərini geri almaqdan imtina etməsi təsir göstərib.