“Crystal Group of Companies” ASC-nin üç törəmə şirkətində rəhbərlər dəyişdirilib.
Banker.az xəbər verir ki, şirkətlər qrupuna daxil olan “Crystal Beton” QSC-yə bundan sonra Emil Qəmbərov Əziz oğlu direktorluq edəcək. O bu vəzifədə Rəsul Rəsulov Məhəmmədəli oğlunu əvəz edib.
“Crystal Nəqliyyat” QSC-yə İlham Məmmədov Rəhim oğlu rəhbərlik edəcək. Bundan öncə bu posta Baxış Əliyev Akif oğlu sahib idi.
“Crystal Qum-Çınqıl” QSC-nin yeni direktoru isə Qəzənfər Süleymanov Ənvər oğludur. Bundan öncə direktor Ələddin Həsənli Ələkbər oğlu idi.