“CTC Holdinq” ASC 2022-ci ili 4 milyon 611 min manat zərərlə başa vurub. Əvvəlki ilə ASC-nin zərəri 238 min manat olub ki, bu da illik müqayisədə 19.4 dəfə artım deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “CTC Holdinq”in gəlirləri 505 min manat (əvvəlki ilə nisbətən 3 dəfə az), satışın maya dəyəri isə 4 milyon 284 min manat (3.6 dəfə artım) təşkil edib.
31 dekabr 2022-ci il tarixinə “CTC Holdinq”in cəmi aktivləri 50 milyon 956 min manat olub ki, 2021-ci il ilə müqayisədə 28.3% artımdır.
Hesabat dövründə “CTC Holdinq”in cəmi öhdəlikləri 40 milyon manatdan 55 milyon 844 min manata, cəmi kapitalı isə 277 min manatdan 4 milyon 888 min manata çatıb.
Xatırladaq ki, 1997-ci ildə yaradılmış “CTC Holdinq” tabeliyində olan və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupundan ibarətdir. Holdinqə daxil olan şirkətlər bunlardır: “Xızı Aqro Park” MMC, “Aqro Qida” MMC, “Xınalıq İM” MMC, “CTC Servis” MMC, “CTC İnvest” MMC, “Meat Dairy” MMC, “Milk Pro” MMC