7 C
Baku
Sunday, December 15, 2024

“Çudo Peçka” işində 13 milyon manat çatışmazlıq var

“Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti qismində Elvin Səfərov dindirilib.

Şahid təqsirləndirilən Çingiz Cəlilovun vəkili Janna Bağırovanın vəsatəti əsasında məhkəməyə dəvət edilib.

Ekspertizanın rəyinə əsasən, ümumilikdə 13 milyon manat çatışmazlıq olub.

Janna Bağırova ekspertə 5 sualının olduğunu deyib və cavabların yazılı şəkildə verilməsini ilə bağlı vəsatət qaldırıb.

Ekspert bildirib ki, yazılı şəkildə hazırda mümkün deyil: “Belə anladım ki, siz yenidən ekspertiza təyin etmək istəyirsiniz. Yazdığım rəyə cavabdehəm. Lakin burda elə suallar var ki, mən yenidən həmin iş materiallarına baxandan sonra sizin suallarına cavab verə bilərəm. Bu o deməkdir ki, iş idarəyə qaytarılmalıdır”.

Vəsatət təmin edilməyib. Hakim bildirib ki, ekspert suallara şifahi cavab verməlidir.

Hakim ekspertə vaxt verib. Proses aprelin 26-da davam edəcək.

Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov “Standart Bank”ın idarə heyətinin sədri Səlim Krimanla cinayət əlaqəsinə girərək 14 milyona yaxın məbləği mənimsəyərək öz aralarında bölüblər.

Çingiz Cəlilov və yaxınları aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.

Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Səlim Kriman Azərbaycandan qaçdığı üçün barəsində interpol xətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər