-1 C
Baku
Sunday, December 15, 2024

Nazirlik cüdoçunun MAKA-ya təyinatı ilə bağlı xəbərlərin real olmadığını deyir – YENİLƏNİB

Bakı vaxtı ilə 18:20 |Bəzi KİV-lərdə Olimpiya çempionu Elnur Məmmədlinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yanında Milli Aerokosmik Agentliyinin direktor müavini təyin olunduğu barədə xəbərlər yayılıb.

Ancaq Müdafiə Sənayesi Nazirliyinin ictimaiyyətlə əlaqələr xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu məlumat həqiqətə uyğun deyil.


Bakı vaxtı ilə 14:23|Azərbaycanda cüdo üzrə olimpiya çempionu 31 yaşlı Elnur Məmmədliyə vəzifə verilib. Banker.az Unikal.org-a istinadla xəbər verir.

Məlumata görə, keçmiş idmançı bu dəfə Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Milli Aerokosmik Agentliyinə (MAKA) müavin vəzifəsinə təyin edilib.

Elnur Məmmədli 2016-cı ildə Yol Patrul Xidmətindəki işindən ayrılmış, keçmiş DTX rəisi Mədət Quliyev tərəfindən DTX-da şöbə rəisi postuna təyin edilmişdi.

MAKA 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində “Kaspiy” Elmi Mərkəzi kimi fəaliyyət göstərmiş və 1981-ci ildə onun bazasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1992-ci il tarixli, 580 №-li Fərmanı ilə KTEİB-in bazasında AMAKA yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli, 463 nömrəli Fərmanı ilə AMAKA (sonradan MAKA) Azərbaycan Republikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

MAKA Azərbaycanda Kosmik fəzanın öyrənilməsi və kosmosdan yerin təbii ehtiyatlarının tədqiqi sahəsində dövlət siyasətinin yerinə yetirilməsi;
Milli aerokosmik proqramların işlənilməsi və yerinə yetirilməsi;
Beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi; Kosmik texnologiyaların nailiyyətlərinin Azərbaycan Respublikasının iqtisadiyyat və təhlükəsizliyi sahəsində istifadə edilməsi kimi xidmətləri həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər