Culfanın da icra başçısı vəzifəsindən azad edildi

Şükür Babayevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Prezident sərəncam imzalayıb.

Bu barədə Banker.az Prezidentin rəsmi səhifəsinə istinad edir.

“Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.”

Oxşar yazı – Xəzər rayonunun icra başçısı işdən çıxarılıb

Qeyd edık ki, Ş. Babayev Naxçıvan Muxtar Respublikası Culfa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində çalışırdı və bu vəzifəyə 26 iyun 2006-cı ildə təyin edilmişdir.

Qeyd edək ki, Babayevdən öncə bu vəzifəni  Yaşar Vəliyev tuturdu.

Son xəbərlər
Digər xəbərlər