Şirkət banklara və fintex xidmətlərə beynəlxalq tranzaksiyaların emalı üçün proqram təminatı təklif edir.
İngilis “Currencycloud” fintex startapı “Visa”, Fransanın “BNP Parisbas”, “SBI “Group, “GV” (daha əvvəl “Google Ventures”) və digər investorlardan 80 milyon dollar cəlb edib.
Banker.az xəbər verir ki, bu haqda “TechCrunch” yazır. Şirkətin bazar kapitallaşması və müqavilənin dəyəri haqqında heç bir məlumat yoxdur.
2012-ci ildə yaradılan “Currencycloud”, banklara və fintex startaplara beynəlxalq tranzaksiyaların emalı üçün proqram təminatı təklif edir. Onun müştəriləri sırasında “Monzo”, “Starling” və “Revoult” var.
“Currencycloud” un direktoru Mayk Lavenin sözlərinə görə, xidmət sonuncu raundun investorları ilə əməkdaşlıq etməyi planlaşdırır. 2019-cu ildə “Currencycloud” “Visa” ilə əməkdaşlıq etməyə başlayıb. Yarandığı ildən startap 140 milyon dollardan çox vəsait cəlb edib.