11 C
Baku
Monday, November 25, 2024

Çuvaşiyada kəmərin partlaması Avropada təbii qazın kəskin bahalaşmasına səbəb olub

Avropada təbii qazın birja qiymətləri min kubmetr üçün 1258 dollara və ya 1 MVt/saat üçün 114,33 avroya yüksəlib.

Bahalaşma Urenqoy-Pomarı-Ujqorod magistral qaz kəmərində partlayışın baş verməsi haqqında xəbərlərdən qaynaqlanır.

Belə ki, Avropanın ən likvid habı hesab olunan TTF-də (Niderland) qazın yanvar fyuçerslərinin qiyməti 1185,69 dollar təşkil edib. Fyuçerslərin günə 1148 dollar səviyyəsində başladığını nəzərə alsaq, günün əvvəlindən qiymət artımı 5%-i ötüb.

Çuvaşiya Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qaz kəmərində baş vermiş yanğın artıq aradan qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər