Müsahibədən uğurla keçmək üçün çoxsaylı məsləhətlər mövcuddur, lakin ilk öncə müsahibə şansına nail olmaq lazımdır. Namizədlər isə yaxşı hazırlanmamış rezüme sayəsində müsahibəyə dəvət edilmirlər. Geniş həcmli və dolaşıq məlumatlar çox vaxt personal menecerlərinin xoşuna gəlmir.
İş axtaranların əksəriyyətin yol verdiyi səhv – lazımsız məlumatlar ilə yüklənmiş həddindən artıq uzun rezümedir. Bəzi namizədlər özləri haqqında mümkün qədər çox məlumat verməyə çalışırlar. Lakin əbəs yerə. Çünki bu zaman diqqətin əsas olaraq yönəlməli məlumatlar kölgədə qalır və ilk plana aktual olmayan nailiyyətlər və təcrübələr çıxır.
Aşağıda sizə uzun rezüme hazırlamamalı olduğunuz ilə bağlı bəzi səbəbləri təqdim edirik:
Yığcamlıq – uğurun başlanğıcı kimi
Bir çox hallarda uzun rezüme qeyri professional hesab edilir. İndiki dövrümüzdə hər kəs öz zamanını qiymətləndirin, buna görə də məlumatları nə qədər yığcam təqdim etsəniz, bir o qədər yaxşıdır. Rezümeniz qısa olduqda onun bir kənara atılmamaq və oxunmamaq şansları da azalır. Eyni zamanda bu ona şahidlik edir ki, siz əsas məsələ üzərində diqqətinizi cəmləyə bilirsiniz və hazırda bütün şirkətlər namizədlərdəki bu keyfiyyəti qiymətləndirir.
Məlumat nə qədər çox olsa, onu yadda saxlamaq da bir o qədər çətindir
Rezümenizdə bütün peşələrinizi və nailiyyətlərinizi qeyd etmiş olsanız, böyük ehtimalla işə götürən şəxs ona lazımi olan təcrübənizi yadda saxlamayacaq və bu işə nəyə görə məhz sizin uyğun olduğunuzu anlamayacaq. Rezümedə konkredt vakansiya üçün aktual olan nailiyyətlərinizə əsas diqqət ayırın.
Diqqəti əsas vakansiyaya yönəldin
Əgər siz satış meneceri vəzifəsinə namizədsinizsə, o zaman işəgötürəni yaxşı satıcı olduğunuza əmin edin. Sizin ofis-meneceri və ya mühasib vəzifəsindəki təcrübələriniz işəgötürəni az maraqlandırır. Bu haqda müsahibə zamanı şifahi olaraq xatırlatmanız daha məqsədəuyğun olar, rezümedə isə diqqəti əsas vakansiyaya yönəldin və bu zaman sizi müsahibəyə dəvət edəcəklər.
Şəxsi keyfiyyətlərinizi deyil, təcrübələrinizi qeyd edin
Əgər siz işi həqiqətən də əldə etmək istəyirsinizsə, işəgötürənə necə məqsədyönlü, enerjili, məsuliyyətli işçi olduğunuz haqqında deyil, konkret iş üçün lazım olan təcrübələriniz, bacarıqlarınız və nailiyyətləriniz barədə danışın.
Uzun rezüme gileylənməyə bənzəyir
Siz nə qədər çox demək istəsəniz, bu elə təsir bağışlayacaq ki, sanki nə demək istədiyinizi özünüz də bilmirsiniz. Bu zaman elə təsəvvür yaranır ki, işə götürənin diqqətini nəyəsə çəkmək istəyirsiniz, lakin özünüz də bilmirsiniz nəyə.
Təsirli rezüme hazırlamaq ilk baxışdan göründüyü qədər də çətin deyil. Əsas olan bu prosesə mümkün olduğu qədər ciddi yanaşmaqdır. Yadda saxlayın ki, məhz rezüme sizi müsahibəyə aparan biletdir.
Comments are closed.