30 C
Baku
Monday, July 1, 2024

CVV-kod üçün kiçik ekranlı ilk kartlar yaradılacaq

Fransanın BNP Paribas bankı Oberthur şirkətinin yaratdığı texnologiyanı sınaqdan keçirir. Bu texnologiya isə internetdə alış-veriş etmək üçün mütəmadi olaraq yeni CVV-kod yaradan xüsusi mini ekranlı ödəniş kartı təklif edir. 

Yeni texnologiya müştəri üçün alış prosesində heç bir dəyişiklik etməyəcək, lakin hər hansı üsulla müştərinin CVV-kodunu öyrənmiş fırıldaqçılar artıq ondan istifadə edə bilməyəcək. Belə ki, o mütəmadi olaraq dəyişəcək.

Bank ilk olaraq 1000-ə yaxın belə kart yaradacaq və özünün bəzi müştərilərinə sınaqdan keçirmələri üçün təqdim edəcək.

Obertgur şirkətinin online ödənişlər üçün təhlükəsizlik texnologiyasını ilk olaraq keçən il Fransanın Banque Populaire və Caisse d’Epargne sınaqdan keçirmişdilər. Lakin şirkətdən hələ ki, bu araşdırmalar barədə heç bir məlumat verilməmişdir.

Son xəbərlər
Digər xəbərlər