9 C
Baku
Thursday, December 12, 2024

ÇXR və Aİ elektromobillərlə bağlı məsləhətləşmələrin yeni mərhələsinə başlayıb

İkitərəfli texniki qrup Çin elektromobillərinin Avropa İttifaqı ölkələrinə idxal rüsumları ilə bağlı növbəti məsləhətləşmələr mərhələsinə başlayıb.

Bu barədə ÇXR Ticarət Nazirliyinin rəhbəri Van Ventao ilə Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis arasında danışıqların nəticələrinə əsasən məlumat verilib.

“Çin-Avropa texniki qrupu oktyabrın 25-də ticarət naziri Van Ventao ilə Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis arasında videogörüş keçirildikdən dərhal sonra Çin elektromobillərinə qarşı Aİ-nin antisubsidiya işi çərçivəsində qiymət öhdəlikləri üzrə məsləhətləşmələrin yeni mərhələsinə başlayıb. İntensiv ünsiyyətdən sonra Avropa tərəfi Çinlə fəaliyyət planının konkret məzmunu üzrə məsləhətləşmələri davam etdirəcəyini bildirib”, – bəyanatda deyilir.

Nazirlik əlavə edib ki, “Çin bu mövqeyi alqışlayır və növbəti danışıqların “praqmatizm və balans” prinsipi əsasında aparılacağına və hər iki tərəf üçün məqbul həllə gətirib çıxaracağına ümid edir”.

Qeyd edək ki, iyulun 4-də Aİ ÇXR-dən gələn elektromobillərə 17,4 %-dən 37,6 %-ə qədər rüsum tətbiq edib. Avropa Komissiyasının məlumatına görə, bu tariflər doqquz ay davam edən “qanunsuz subsidiyalara” qarşı araşdırmanın nəticələrinə əsasən tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər