15 C
Baku
Saturday, April 20, 2024

“CZAR International” şirkətinin dəstəyi ilə “SOCAR Petroleum” YDM-də elektromobillərin şarjı üçün avadanlıqlar quraşdırılıb

“CZAR İNTERNATİONAL” şirkəti  “SOCAR PETROLEUM” QSC ilə birgə layihəsi çərçivəsində “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.

Bu avadanlıqlar ilk olaraq Salyan şosesində, Bibiheybət məsçidi yaxınlığında yerləşən “SOCAR” YDM-in ərazisində quraşdırılıb. Yeni quraşdırılmış şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə bilər, ikinci şarj yaxın zamanda quraşdırılacaq. 20 kvt gücə malik bu şarj avadanlığı vasitəsilə avtomobillər maşının marka və modelindən asılı olaraq, 30-60 dəqiqə ərzində tam şarj olunmaq imkanı əldə edəcəklər.

Cari ilin sonunadək Abşeron yarımadasında və Siyəzən, Qusar, Şamaxı, Şəki, Goran, Hacıqabul, Qobustan, Salyan, Lerik, Şuşada “CZAR İNTERNATİONAL” şirkəti tərəfindən 72 şarj avadanlıqları hədiyyə olaraq “SOCAR” brendi ilə fəaliyyət göstərən bütün YDM-lərdə quraşdırılaraq istehlakçıların istifadəsinə veriləcəkdir. “CZAR İNTERNATİONAL” şirkəti layihə çərçivəsində ölkəmizdə elektrikli avtomobillərin satışını həyata keçirməklə yanaşı investisiya edərək texniki servis fəaliyyəti də, göstərəcəkdir.

Beləliklə, bu layihənin reallaşması Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetindən irəli gələn tədbirlərə öz tövhəsini vermiş olacaqdır.

Qeyd edək ki, “CZAR İNTERNATİONAL” 2014-cu ildə Sinqapurda yaradılmış və “LİNGSTAR”-şirkətinin Azərbaycan və Gürcüstan bazarlarında eksklüziv distributorudur. “CZAR İNTERNATİONAL” nəqliyyat sektorunda və kənd təsərrüfatında eko-texnologiyaların tətbiqi ilə məşğul olan şirkətdir. Hal-hazırda şirkət Sinqapur, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərir.

www.czar-international.com/?fbclid=IwAR2ol9TKh-TYpaMcqATLu4PqDEA151lpDZaifqEWE8YvLe9rnM5ro1vdh5k

1624004763 27e4f90b 67e1 421e b9cb 162234769707

1624004771 84dd6513 3447 4192 a921 c4cfa7911702 1624004736 7331d451 e94a 4f81 b8fd 70d8addc5f86 1624004784 17701062 7732 4c81 8793 b50b98703761 1624004736 fa327952 d108 4562 9365 879a0e99fdb8

Son xəbərlər
Digər xəbərlər