7 C
Baku
Monday, February 6, 2023

Dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə bəraət verilib

Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən “Protəmir İnşaat” şirkətinin rəhbəri İlyas Namazov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə 1988-ci il təvəllüdlü iş adamına bəraət verilib. Onun üzərindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Həmçinin iddiaçıların şikayətləri üzrə mülki iddia qaldıra biləcəkləri bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl 6 nəfər hüquq-mühafizə orqanlarına müraciət edərək “Protəmir İnşaat” MMC-nin rəhbəri İ.Namazovun onlardan külli miqdarda pul alsa da, evlərini təmir etməyərək verdiyi vədi yerinə yetirmədiyini və pulları ələ keçirdiyini bildirmişdi. İstintaq zamanı məlum olub ki, İlyas Namazov aldığı pulların bir hissəsini geri qaytarıb. O, pandemiya ilə əlaqədar işlərin zəifləməsi və tikinti materiallarının qiymətinin kəskin bahalaşması səbəbindən vədini yerinə yetirə bilmədiyini deyib və qalan pulu geri qaytarmağa çalışdığını qeyd edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər
X