28 C
Baku
Saturday, July 27, 2024

Dəmir yolu ilə idxal yüklərinin nəqli 30%-dən çox artıb

Bu ilin 9 ayı ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC üzrə idxal yüklərinin nəqli 919 564 ton təşkil edib ki, bu da illik müqayisədə 30.53% çoxdur.

“ADY Express”dən verilən məlumata görə, 2022-ci ilin eyni dövründə qeyd olunna göstərici 704 660 ton təşkil edib.

“İdxal yüklərin sırasında şəkər, taxta və taxta məmulatları, benzin və texniki yağlar çoxluq təşkil edir”, – məlumatda qeyd olunur.

İxrac yüklərinin nəqlinə gəlincə, 2023-cü ilin ilk 9 ayı ərzində ADY Express 623 199 ton yük daşıyıb ki, 2022-ci ilin eyni dövründə bu rəqəm 495 509 ton təçkil edib ki, bu da 25.79% artım deməkdir. Şirkət tərəfindən nəql olunan ixrac yönümlü yüklər sırasında klinker, qazoyl, gil və tikinti materiallar üstünlük təşkil edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər