23 C
Baku
Saturday, April 20, 2024

“Dəmirbank-a görə yubanan layihələrimiz yaxın zamanda tamamlanacaq”

“Mətanət A” şirkətinin İnvestisiya Layihələri üzrə vitse-prezidenti Mayis Qasımovun “Azərbaycan” qəzetinə müsahibəsi:

– Geridə qoyduğumuz il “Mətanət A” şirkəti üçün hansı uğurlarla yadda qaldı?

–  Prezident İlham Əliyev “Mətanət A” şirkətinin “Ağdağ” müasir gips zavodunun açılışında çıxışı zamanı sərhədyanı ərazilərdə istehsal obyektlərinin tikilməsi zərurətini vurğulamışdı. Biz bu tövsiyəni rəhbər tutaraq artıq Qazax rayonunun Daşsalahlı kəndində dünyanın ən innovativ texnologiyalarına əsaslanan Qazax əhəng zavodunun tikintisini başa çatdırdıq. Zavodun yaxın zamanda dövlət başçısının iştirakı ilə açılışı gözlənilir.

– Bu zavodun dünyadakı ən son innovativ texnologiyaya əsaslandığını bilirik. Onun tikintisində dövlətin güzəştli kreditlərindən yararlandınızmı?

– Qeyd etdiyim kimi, dövlətin dəstəyini hər zaman hiss etmişik. Qazax əhəng zavodunun tikintisi və avadanlıqların alınması üçün “Mətanət A” şirkətinin öz vəsaitindən əlavə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən də kredit ayrılıb, kredit müvəkkil bank olaraq “DəmirBank” ASC vasitəsilə verilib.

mayis qasimov metanet a– “DəmirBank” ASC-nin lisenziyasının ləğv edilməsi bu məsələ ilə bağlı çətinlik yaratdımı?

– Bəli, yaratdı. “DəmirBank” ASC-nin bank lisenziyasının ləğvi səbəbindən Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kredit də daxil olmaqla Kredit Portfelinin sağlam banka köçürülməsi ilə əlaqadar problemlər yarandı ki, bu da şirkətimizin gələcək layihələrinin icrasını şübhə altına qoyurdu. Lakin Prezidentin müvafiq fərmanı bu problemimizin həllinə kömək oldu. Belə ki, möhtərəm Prezidenti İlham Əliyevin 31 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu”nun (SİF) vəsaitindən istifadə Qaydası”nın 3.6.bəndinə əsasən, fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan digər müvəkkil banka keçirilməsi üçün məhkəməyə müraciət etmək səlahiyyəti Sahibkarlığın İnkişafı Fonduna verildi. Bu səlahiyyətindən istifadə edərək Sahibkarlığın İnkişafı Fondu məhkəməyə müraciət etdi, məhkəmə Azərbaycan Respublikası Prezidentinin bu fərmanını əsas götürərək kredit portfelimizin tam həcmdə “Dəmirbank” ASC-dən “PAŞA bank” ASC-yə köçürülməsinə dair ədalətli qərar qəbul etdi.

Sözügedən fərman həmçinin hər zaman özəl sektorun, sahibkarlığın inkişafına xüsusi diqqət və qayğıyla yanaşan möhtərəm Prezident İlham Əliyevin bu sahəyə verdiyi önəmin göstəricisi idi. Bu fərmanla həmçinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin də qorunması təmin olundu. Cənab Prezident çıxışlarında dəfələrlə bəyan edib ki, sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir və hər bir dövlət qurumu sahibkarlığın inkişafına dəstək göstərməlidir. İnanırıq ki, “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu da dövlət başçısının fərmanını əsas tutaraq çıxarılan bu məhkəmə qərarının icrasını təmin edəcək, kredit portfelimizi tam həcmdə “PAŞA Bank” ASC-yə köçürəcək. Bununla da şirkətimiz tərəfindən həyata keçiriləcək yeni istehsal layihələrinin icrasına maneələr aradan qalxmış olacaq, regionlarda yeni iş yerləri açılacaq və son nəticədə Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri səmərəli şəkildə yenidən sahibkarlığın inkişafına yönələcəkdir.

– Bu məhkəmə qərarının icrası nə qədər vaxt aparacaq?

– Möhtərəm Prezident İlham Əliyevin sahibkarlığın inkişafı siyasəti bütün dövlət qurumları tərəfindən davamlı olaraq dəstəklənir. Hesab edirik ki, sözügedən qurum da dövlət başçısının iqtisadi sahədə siyasətinə öz töhfəsini verəcək.

– Bəs 2019-cu ildən gözləntiləriniz necədir? Ümumiyyətlə, şirkətin yaxın perspektiv üçün nə kimi planları var?

– Yuxarıda qeyd etdiyim kimi, müəyyən problemlər layihələrimizin icrasını ləngidirdi. İnanırıq ki, bu problemimiz də uğurlu həllini tapacaq və biz də iqtisadiyyatımızın inkişafına töhfə verməkdə davam edəcəyik. “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Siğortalanması Fondu tərəfindən kredit portfeli tam həcmdə “PAŞA Bank” ASC-yə köçürüldükdən sonra biz ilk növbədə Mineral Yun Zavodunun tikintisini başa çatdıracağıq. “Mətanət A” şirkəti olaraq bundan başqa, 2019-cu ildə Zənginləşdirilmiş Kvars Qum zavodu layihəsini və digər yeni layihələrin icrasını başa çatdırmaqla istehsal sahələrini genişləndirmək və yeni iş yerləri yaratmaq əsas hədəflərimizdəndir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər