DəmirBank bankomatlardan və POS terminallardan plastik kartı aktivləşdirmək mümkündür

DəmirBank bankomatlar və POS terminallar vasitəsilə plastik kartı aktivləşdirmək imkanını tətbiq edib. Müştəri bankomatda və POS terminalda kartla ilk əməliyyat zamanı PİN kodu yığdıqda kart dərhal aktivləşir.

Bu imkan bütün kartlara (virtual kartlar istisna) şamil olunub. Tətbiq edilən yenilik plastik kartlar sahəsində müştəri xidməti keyfiyyətinin artırılmasına xidmət edir, belə ki kartın aktivləşdirilməsi artıq avtomatik qaydada həyata keçirilir.

DəmirBank bankomatları vasitəsilə müştərilərdən həm də kredit ödənişlərini qəbul edir. Bunun üçün bankomatın mövcud “Xidmətlər” bölməsində, “Kredit ödənişləri”ni seçmək, sonra isə hesab nömrəsini, mobil telefon nömrəsini və ödəniləcək məbləği daxil etmək lazımdır. Ödənişləri həm DəmirBank-ın, həm də digər bankların plastik kartları ilə həyata keçirmək olar. Kredit ödəyərkən müştəridən heç bir komissiya haqqı tutulmur.

Qeyd edək ki, DəmirBank-ın ölkə üzrə 60-dək bankomatı mövcuddur. Bankomatlar vasitəsilə müxtəlif xidmətlər müştərilər üçün vaxt və rahatlıq baxımından çox əlverişlidir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.