DəmirBank ASC-nin nizamnamə kapitalı 50 mln manat artırılacaq.
Bankdan Banker.az-a verilən məlumata görə, bununla bağlı qərar DəmirBank-ın səhmdarlarının 6 avqust tarixində keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub. Səhmdarların qərarı ilə Bankın nizamnamə kapitalı əlavə səhmlərin emissiyası yolu ilə artırılacaq.
Əlavə səhm emissiyası nəticəsində Dəmirbank-ın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çeriləcəkdir. Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.







