“Dəmirbank”ın filial müdirinə hökm oxundu, 8 illik azadlıqdan məhrum oldu

0
Fərəh Rəşadətli

Bakı Ağır Cinayətlər Məhkəməsində “Dəmirbank” ASC-nin Bayıl filialının mənimsəmədə təqsirləndirilən sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Hakimlər kollegiyasının hökmünə əsasən Fərəh Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən Tamamgül Xanlarova 1000 manat cərimə, Fariz Qarayevin isə əmək haqqısında hər ay 20 faiz tutulmaqla bağlı qərar qəbul olunub.

Xatırladaq ki, prokuror çıxışında Fərəh Rəşadətlinin 10 il və bankın əməkdaşı Fariz Qarayevin 1 il müddətinə azadlıqdan məhrum edilməsini, Tamamgül Xanlarovanın isə 2 il islah işlərinə cəlb olunmasını istəmişdi.