10 C
Baku
Şənbə, Dekabr 4, 2021

“Dəmirbank”ın sabiq rəhbəri Müşahidə Şurasına sədr seçildi

Ölkənin yeganə kredit bürosu olan Azərbaycan Kredit Bürosu (AKB) Müşahidə Şurası sədri dəyişib.

Banker.az saytının əldə etdiyi xəbərə görə, AKB-nin Müşahidə Şurasının bu günə qədər sədri olan Asəf Hüseynov vəzifəsindən ayrılıb.  Onun yerinə isə Fərid Abuşov təyin edilib.

Hazırda F.Abuşov “Unibank”da Müşahidə Şurası sədrinin müşaviridir.

Asəf Hüseynov  “Unibank”ın İdarə Heyəti sədrinin I müavini kimi çalışırdı və 2019-cu ilin noyabrından etibarən “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinə (“PAŞA Bank Gürcüstan”) təyinat almışdı.

Bildirək ki, F.Abuşov 2017-ci ildə tənzimləyicinin qərarı ilə ləğv edilən “Dəmirbank” ASC-nin İdarə Heyəti sədri kimi çalışıb. O, bu bankın ləğvindən sonra Əmanətlərin Sığortalanması Fonduna (ADIF) Baş direktora məsləhətçi təyin edilib və 2019-cu ilin iyunundan “Unibank”a gəlib.

Azərbaycanın ilk özəl kredit bürosu “Azərbaycan Kredit Bürosu” MMC (AKB) 15 yanvar 2018-ci il tarixində ölkənin 8 böyük bankının təsisçiliyi ilə yaradılmışdır.


Müəllif: Sabir Mirzəyev

Son xəbərlər
Oxşar xəbərlər
X