16 C
Baku
Cümə, May 20, 2022

Nazir: Dənizdə külək enerjisi ilə ildə 400 mln. kubmetr qaza qənaət edilə bilər

Energetika Nazirliyində “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının VIII iclası çərçivəsində İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava və TAP AG şirkətinin icraçı direktoru Luca Schieppatinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşlər keçirilib.

Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Nazir müavini Vannia Qava ilə Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin davamlı təminatında rolunun gücləndirilməsi, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iştirakı və s. məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov isə deyib ki, Azərbaycanın təbii qazı sayəsində italiyalı istehlakçılar daha sərfəli qiymətlə təbii qazla təmin olunur. Biz TAP vasitəsilə İtaliyanın təbii qaz təchizatına verilən töhfələrdən məmnunuq.  Nazir eyni zamanda bildirib ki, çoxtərəfli əməkdaşlığa əsaslanan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının budəfəki iclası ilk dəfə olaraq enerji keçidi məsələlərinə həsr olunacaq: “Bu iclas Cənub Qaz Dəhlizini qlobal çağırışlar və “karbon neytrallığı” hədəfləri ilə səsləşən layihə olaraq inkişaf etdirmək və Məşvərət Şurası çərçivəsində tərəfdaşlarımızla faydalı əməkdaşlığımızı “yaşıl enerji” sahəsində dərinləşdirmək üçün imkanlar yaradır.  Təkcə dənizdə külək enerjisi sahəsinə investisiyaların cəlbi ilə ildə 400 milyon kubmetr qaza qənaət edilə və bu həcmlər ixraca yönəldilə bilər.”

TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati ilə görüşdə isə TAP-ın tam layihə gücündə işləməsi, gələcəkdə tədarükün artırılması və boru kəmərinin genişləndirilməsi imkanları müzakirə edilib. 

Qeyd edək ki, bu il İtaliyaya 7,4 milyard kubmetr qaz ixracı proqnozlaşdırılır.

Son xəbərlər
Oxşar xəbərlər