21 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Dərs kitablarını necə oxumaq lazımdır

Screen Shot 2021 09 02 at 14.34.20

Nədənsə təhsil sistemimizdə hər kəs bizdən çox bilik tələb edir, amma heç kim bu biliyi necə düzgün əldə edib strukturlaşdırmaq olar izah etmir. Heç kim bizə dəsrlikləri oxumağı, qeydlər götürməyi, seminar və imtahanlara hazırlaşmağı öyrətmir. Hamı bizdən nəhəng həcmli materialı başa düşməyimizi və imtahanlardan keçməyimizi istəyir. Çox vaxt tələbələr (eləcə də böyüklər) yaxşı hazırlaşa bilmirlər və nəticədə biliklərin əhəmiyyətli hissəsi öyrənilməmiş qalır. Bəs dərs kitablarını necə oxuyaq ki, yeni informasiyanı daha yaxşı qavrayaq və yadda saxlayaq?

Sondan başlayın

Dərsliyin hər fəslinin sonunda həmişə qısa nəticə və suallar olur. Birincisi, bu sizə paraqrafların nədən bəhs etdiyini başa düşməyə kömək edəcək. İkincisi, beləliklə oxuduğunuz materialı daha yaxşı yadda saxlaya biləcəksiniz. Adətən tələbələr bu suallara məhəl qoymur və çox nahaq, çünki onlar bütün fəslin ən vacib məlumatlarını özündə əks etdirən cavablardır. Başlamaq üçün paraqrafın sonunda verilmiş sualları nəzərdən keçirin və hansı mövzu ilə tanış olduğunuzu başa düşün!

Vacib informasiyanı seçin

Əgər dərslikdə qeydlər aparmaq imkanınız varsa, düşünmədən bu fürsətdən istifadə edin! İstədiyiniz rənglərdən istifadə edə bilərsiniz: məsələn, çəhrayı rənglə məqalə və ya tarixləri, sarı rənglə cavabları, narıncı rənglə isə açar sözləri seçin. Beləliklə ən vacib məlumatlar dərhal göz önündə olacaq + mətnin qısaltmasını yazmaq sizin üçün daha rahat olacaq.

Mətni bir neçə dəfə oxuyun

Əvvəlcə mətnlə tanış olun. Bu mərhələdə nəyisə seçmək və ya təhlil etmək lazım deyil, sadəcə yeni informasiyanı oxuyun. İkinci və üçüncü dəfə öyrəndiyinizi dərk etməyə çalışın, başa düşmədiyiniz məqamları seçin və bir müddətdən sonra onlara bir daha qayıdın, tədqiq edin.

Konspektləşdirin

Mətni oxuduqdan sonra yadınızda qalanları yazın! Bundan əlavə, sxem, cədvəllər və mental xəritələr (mind maps) kimi alətlərdən istifadə etməyiniz məqsədəuyğundur. Beləliklə, informasiyanı daha yaxşı yadda saxlamış olacaqsınız.

Öyrəndiyiniz materialı özünüzə danışın

Birinci metod (“Sammari”) olduqca sadədir – sadəcə mətnin mahiyyətini xatırlamağa çalışın. İkinci metod (“Renderinq”) daha effektivdir, çünki mətnin mahiyyətinin müəyyənləşdirilməsini, təkrar edilməsini və bununla bağlı öz fikirlərinin ifadə etməsini nəzərdə tutur. Əvvəlcə mətni özünüzə, sonra isə dostlarınıza və ya qoyumlarınızdan birinə danışmağa çalışın.

Öyrəndiyiniz materialı digər insanlara izah edin

Yeni materialı tanıdığınız insanlara elə izah edin ki, onlar əsas məqamları tuta bilsinlər. Özünüzü müəllim kimi hiss edin 🙂

Təsəvvür edin ki, uşağa izah etməyə çalışırsınız – istifadə etdiyiniz üslub maksimum dərəcədə sadə və başadüşülən olmalıdır.

Təkrar edin

Xeyr, hər gün eyni fəsli yenidən oxumağa ehtiyac yoxdur, lakin özünüz üçün qeyd etdiyiniz məqamları yadda saxlamaq vacibdir. Siz təxminən bu sxem üzrə hərəkət edə bilərsiniz: öyrəndiyiniz materialı bir saat, 3-4 saat, növbəti gün, üç gün sonra və nəhayət, bir həftə sonra təkrarlayın. Bu cür təkrarlardan sonra bütün məlumatlar uzunmüddətli yaddaşda qalacaq!

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər