8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Dərslər iyunun 1-dən başlamayacaq

“İyunun 1-dən etibarən tədris prosesinin bərpa edilməsi nəzərdə tutulmur. Yəni həmin tarixdən dərslər başlamayacaq”.

Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, imtahanların keçirilməsi ilə bağlı yeni normalar hazırlanıb: “Yaxın günlərdə sənədin təsdiq edilməsi planlaşdırılıb. Fərqli yanaşmalar olacaq. Normativ və hüquqi baxımından məsələlər müzakirə olunur. Bu prosesi tənzimləyən qaydalar sənədi baş nazirə təqdim olunub. Təkliflər mövcud vəziyyətə uyğun şərait nəzərə alınaraq hazırlanıb”.

Son xəbərlər
Oxşar xəbərlər