8 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Dəyəri 5000 manatadək olan daşınar əmlakın vergi borcuna görə satışı qaydası müəyyənləşir

Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda “İcra haqqında qanuna” dəyişiklik müzakirəyə çıxarılıb.

Kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübaruzənin gücləndirilməsi məqsədilə hazırlanmış layihədə vergi borcu ilə bağlı siyahıya alınmış əmlakların satışının daha effektiv təşkili üçün daşınar və daşınmaz əmlakların satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etməyin vergi orqanlarının hüquqlarına aid edilməsi nəzərdə tutulub.

Eyni zamanda layihədə hərracın təşkilatçısı kimi Əmlak məsələləri Dövlət xidməti yanında hərracın təşkili üzrə Auksion Mərkəzinin vergi borcu ilə bağlı siyahıya alınmış əmlakların satışı məqsədilə hərracı vergi orqanını sifarişi əsasında həyata keçirməsi, həmçinin vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakı vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron qaydada həyata keçirən ticarət şəbəkəkələrində) satıla bilməsi nəzərdə tutulub.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Son xəbərlər
Oxşar xəbərlər
X