Bir dəfə gənc bir oğlan müəlliminin yanına gələrək deyir:
— Müəllim, səndən kömək diləməyə gəlmişəm. Özümü çox aciz və heç bir işə yaramayan biri kimi hiss edirəm. Ətrafdakı hər kəs mənim uğursuz, axmaq və əfəl biri olduğumu deyir. Xahiş edirəm, mənə kömək edin!
Müllim gözünün ucu ilə gənc oğlana baxır və tələsik halda cavab verir:
— Bağışla, mən indi çox məşğulam və sənə heç cür kömək edə bilmərəm. Mən indi çox vacib bir işi yerinə yetirməliyəm – deyir və bir qədər düşündükdən sonra əlavə edir:
-Lakin əgər sən mənə mənim işimdə kömək etsən, mən də böyük məmnuniyyətlə sənə kömək edərəm.
— Böyük məmnuniyyətlə, Müəllim, — deyən gənc yenə onu ikinci plana keçirdiklərini düşünərək dərindən köksünü ötürür.
— Yaxşı, — deən Müəllim sol əlindəki gözəl qırmızı qaşlı üzüyü çıxararaq gəncə uzadır.
— Atı götür və bazar meydanına get! Borcumu ödəmək üçün təcili bu üzüyü satmalıyam.
Üzüyü bacardığın qədər baha qiymətə sat və heç bir halda qızıl sikkədən aşağı qiymətə razılaşma. Get və bacardığın qədər tez qayıt. Gənc üzüyü götürərək cəld bazar meydanına tərəf qaçır. Bazar meydanına gələn gənc üzüyü tacirlərə göstərməyə başlayır. Onlar isə ilk növbədə böyük maraqla üzüklə maraqlanmağa başlayırlar.
Lakin tacirlər qızıl sikkə haqqında eşitdikdə üzüyə olan maraqlarını itirirdilər. Bəziləri gülür, bəziləri isə sadəcə üzlərini döndərərək çıxıb gedirlər. Yalnızca bir tacir gəncə qızıl sikkənin bu üzük üçün çox olduğunu deyir. Bu üzüyə yalnızca mis, ən yaxşı halda isə gümüş sikkə vermək olardı.
Qocanın sözlərini yadına salan gənc təəssüflənir. Bütün bazarı gəzərək üzük üçün alıcı tapa bilmir. O peşman halda geri qayıdır və kədər içərisində deyir:
— Müəllim, mən sizin xahişinizi yerinə yetirə bilmədim. Mən onu ən yaxşı halda gümüş sikkəyə sata bilərdim. Lakin sən mənə tapşırıq vermişdin.
— Oğlum, sən elə indicə lazım olan sözləri dedin! Üzüyü satmadan öncə, üzüyün əsl dəyərini təyin etmək pis olmazdı. Bunu isə zərgərdən başqa kim daha yaxşı edə bilər?
Zərgərin yanına get və onun dəyərinin nə qədər olduğunu soruş. O nə deyirsə desin, onu satma və mənə geri gətir.
Zərgər uzun müddət üzüyə baxır və deyir:
— Müəlliminə çatdır ki, mən hazırda bu üzüyə görə 58 qızıl sikkə verə bilərəm. Yox əgər, o mənə vaxt versə bu üzüyü 70 qızıla alaram.
— 70 qızıla?! — deyə gənc sevincini və heyrətini gizlədə bilmir. O zərgərə təşəkkür edir və geri qayıdır. Gənc oğlanın danışdıqlarını dinləyən Müəllim deyir:
— Yaxın gəl, oğlum. Və bil ki, sən özün bu üzüksən. Qiymətli və təkrarolunmaz! Səni yalnızca əsl mütəxəssis qiymətləndirə bilər. Nəyə görə “bazara” gedib ilk dəfədir qarşılaşdığın insanların səni qiymətləndirməsini gözləyirsən?!
Comments are closed.