20 C
Baku
Saturday, May 25, 2024

Dəyərli işçi olduğunuzu sübut edin

Təəssüflər olsun ki, istedad və əməksevərliyə sahib olmaq hər zaman uğurlu karyera qurmaq üçün kifayət etmir. Sizin bacarıq və nailiyyətlərinizi ətrafınızdakı insanlar da hiss etməlidirlər. Ləyaqətinizə görə tez və ya gec qiymətləndirilməyinizi gözləməyiniz çox uzun çəkə bilər. Bu fakt aydındır ki, işdə uğur qazanmaq və əmək haqqının artırılmasına nail olmaq üçün ilk növbədə nəzərə çarpmalısınız. Bunun üçün isə 4 üsul sizə kömək edə bilər.

Təşəbbüs

Yeni tapşırıqları öhdənizə götürməkdən çəkinməyin, təşəbbüs göstərin. Əgər iş prosesində yeni tapşırığın kimə verilməsi məsələsi gündəmdə olarsa, əvvəlcədən bu tapşırığın sizə hansı müsbət nəticələr qazandıracağını analiz edin. Bu yeni tapşırıq sizə yeni təcrübələr qazandıracaqmı? Unutmayın ki, yalnızca ictimaiyyət üçün işləmək kifayət deyil, bu həmçinin sizin ixtisas artımınız üçün də vacib haldır.

Susmayın

Korporativ dünyada ünsiyyətcil insanlar daha çox üstünlük təşkil edir. Onlar çox zaman öz fikirlərini yaxşı şəkildə formalaşdırır, öz ideyalarını dilə gətirməkdən və onları şərh etməkdən utanmırlar. Əgər siz ünsiyyətcil və insanlarla açıq deyilsinizə bunda qorxulu heç nə yoxdur. Lakin bu zaman bir çox işlər görməlisiniz. Məsələn, yığıncaqdan əvvəl gündəmlə tanış olmalı, sualları dərinləşdirməli, tezis formasında mümkün qərarların siyahısını tərtib etməlisiniz. Müzakirələr zamanı bu qeydlər sizə kömək edəcək. Əgər siz mütəmadi olaraq sussanız, onda rəhbərlikdə elə təəssürat yaranacaq ki, ya sizin ümumiyyətlə heç bir yeni fikriniz yoxdur, ya da heç nə sizin vecinizə deyil. İcazə verməyin ki, sizin haqqınızda belə düşünsünlər.

Səlahiyyətlərinizi nümayiş etdirin

Öz səlahiyyətlərinizi lazımınca yerinə yetirmək üçün üçün tam məlumatlı olmalısınız. Bunun üçün cari layihələrdə əməkdaşlarınızla daha çox ünsiyyətdə olun, öz sahənizlə bağlı bazardakı vəziyyətə nəzarət edin, internetdən məlumat toplayın və s. Əldə edilmiş bu yeni informasiyalar yeni ideyalar üçün mənbə rolunu oynamalıdır. Bu günümüzdə məntiqi düşüncəyə sahib və sahib olduğu informasiyanı lazımınca istifadə etməyi bacaran əməkdaşlar əmək haqqının və yaxud vəzifənin yüksəldilməsinə nail olurlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər