11 C
Baku
Wednesday, December 11, 2024

Dəbdəbəli Rolls-Royce-un tarixi

Rolls-Royce – sözün əsl mənasında avtomobil aləmində bir əfsanədir. Bizim hazır ki günümüzdə tanıdığımız brend yaradıcıları tərəfindən böyük diqqətlə yaradılıb. Şirkətin bütün fəaliyyət mərhələləri Çarlz Stüart Rolls və Frederik Henri Royce təərfindən həyata keçirilib.

CS Rolls & Co. şirkəti 1902-ci ildə yaradılır və onun əsas fəaliyyəti avtomobil satışları ilə məşğul olmaq olur. Çarlz bu sahədə məşhur bir şəxsiyyət olan Klod Consonu işə cəlb edir. Tezliklə onun işləri müsbət nəticə verməyə başlayır və Rolls-un şirkəti Böyük Britaniyada nəhəng avtomobil distribyutorlarından birinə çevrilir.

17c4767b884d97f8b7bb65a4b1370d62 small

Çarlz Rolls hazır avtomobillərin satışı ilə məşğul olsa da, onun öz avtomobilini yaradaraq soyadını məşhurlaşdırmaq arzusu hələ də aktual idi. Əlbəttə ki, şirkəti yenidən qurmaq mümkün olmayacaqdı, bunun üçün kiçik, lakin istedadlı bir şirkət tapmaq lazım idi. Belə kiçik şirkətlərdən biri də məhz Mançesterdə yerləşən F.H. Royce & Co. şirkəti idi.

Beləliklə 1904-cü ildə Çarlz Rolls və Frederik Royce tanış olur və tez bir zamanda ortaq dil tapa bilirlər. Tezliklə ilk avtomobillər təqdim olunur və tənqidçilər ilə yanaşı mətbuatdan da müsbət qiymətlər əldə edirlər. İlin sonunda isə ortaq Rolls-Royce şirkəti yaradılır.

124505.2468

İlk avtomobillər böyük uğurla satılırdı. Royce sözün əsl mənasında mükəmməl avtomobillər yaradır, Çarlz Rolls isə məharətlə onları satırdı. Bununla da, şirkət artıq tək Böyük Britaniya ilə kifayətlənmədi və artıq tez bir zamanda Rolls-Royce avtomobilləri Avropada da satılırdı. 1906-cı ildə isə şirkət öz avtomobillərini Nyu-Yorkda təqdimata çıxardı. Amerika böyük sevinclə britaniyalı “yollar kralını” qəbul etdi.

ABŞ-a səfər tək şirkət üçün uğur deyil, həm də Çarlz Royce-a yeni bir əyləncə qazandırdı. Belə ki, o ABŞ-da Rayt qardaşları ilə tanış oldu və pilotluqla maraqlanmağa başladı. Aviasiya onun könlünü fəth etmişdi. O tezliklə bu sahə üzrə gərəkli bilikləri əldə etdi və hətta La-Manş üzərindən uçmağı ilə fəxr edirdi. Rolls-un əyləncələri biznesin inkişafına da kömək etdi. Belə ki, şirkət avia mühərriklər istehsal etməyə başladı və bu ənənə bu gün də davam edir.

1297943244 115.02.11rollsroycestarofindia

Lakin 1910-cu ildə aviasiya şirkətə böyük ziyan vurdu. Çarlz Rolls 33 yaşında təyyarə qəzasında vəfat edir. Rolls-Royce şirkəti bütünlüklə Frederik Royce-un səlahiyyətinə keçir.

Bu dövrdə brend yarış avtomobilləri sırasında görünməyə başlayır. Məhz yarışlardakı uğurlar Frederik Royce-a böyük uğurlar gətirir. 1933-cü ildə isə o dünyasını dəyişir və bundan sonra Rolls-Royce-un tarixi onun yaradıcıları olmadan davam edir.

9cf62726a10567d50d82efe5ea7c9b9b

1931-ci ildə Rolls-Royce öz avtomobilləri ilə şöhrət qazanmış Bentley-ni əldə edir. Bu şirkətin təqdim etdiyi avtomobillərin sırasını genişləndirdi.

Hazırda şirkətin işləri əvvəllər olduğu kimi elə də uğurla getmir. Rolls-Royce-un satışla bağlı “qızıl illəri” artıq geridə qalıb və brend də həmişəki populyarlığını itirib. Bununla demək olmaz ki, brend bütünlüklə qüvvədən enib, xeyr, yalnızca onun uğurla zəngin illəri XX əsrlə birgə geridə qaldı.

Son xəbərlər
Digər xəbərlər