10 C
Baku
Thursday, December 12, 2024

Dəbli milyarderlər : Nəhəng fashion-imperiyaları kimlər yaradıb?

Bəzilərini dəb zənginləşdirir, bəzilərini isə müflisləşdirir. Dəb sahəsində ən uğurlu iş adamlarının tarixçələrinə nəzər salaq.

Amansio Orteqa

omega1

İnditex şirkəti, 57 milyard dollarlıq sərvət.

Orteqa Amansio Qaona İnditex şirkətinin banisi və eks-prezidentidir. Bu şirkət ilk növbədə Zara mağazalar şəbəkəsi ilə tanınır. İnditex şirkətinə bir sıra fastfeşn-brendləri məxsusdur. Bunların siyahısına MassimoDutti, Stradivarius, PullandBear, Uterque brendləri daxildir. 5000 mağazadan ibarət olan şəbəkə 77 ölkəni əhatə edir. Orteqa

Avropanın ən zəngin insanlarından biridir.

Mənbələr: Amansio ailəsinin kasıb olduğu üçün heç orta məktəbi də bitirməyib. Karyerasına o, 13 yaşında kişi köynəkəri satılan mağazada başlayır. Burada Amansio köməkçi qismində işləyirdi.

Mağazaların birində o ,ilk həyat yoldaşı Rozaliya Mera ilə tanış olur. Sonradan Amansio həyat yoldaşı ilə birlikdə öz hotellərində xələtlər və gecə köynəkləri tikib satırdılar. İlk mağazasını o, sifarişçinin yeni partiyanı almaqdan imtina etməsi səbəbindən açır. Bütün dünyada məşhur olan Zara-nı da Amansio çıxılmaz vəziyyətdə qadığından açır. Cütlük ilk mağazalarını sevimli filmlərinin şərəfinə Zorba adlandırırlar. Lakin bu adı daşayan ticarət məntəqəsini qeydiyyatdan keçirdə bilmədikləri üçün Zara adını verməli olurlar. Və bu mağazalar moda sənayesində iqtisadi cəhəddən uğurlu sayılırlar.

Bernar Arno

arno2

LVMH şirkəti, 29 milyard dollarıq sərvət.

Arnoya məxsus olan şirkət ( tam adı LouisVuittonMoëtHennessy ) bir dam altında 60 lüks məhsulların istehsalçılarını bir ayara gətirib. LouisVuitton, Givenchy, Guerlain, Chaumet, Moët&Chandon, Hennessy, Fendi, Berluti, Kenzo – bu adların hər biri zənginliyi və dəbdəbəni rəmz edirlər. Onları birləşdirib Bernar Arno öz imperiyasını qurur.

Mənbələr: Bernar Arno zəngin bir ailənin övladı olub. Fransanın nüfuzlu ali məktəblərindən biri olan EcolePolytechnique universitetininn məzunudur. O , mühəndislik peşəsi ilə maraqlanmaya başlayır və 25 yaşında olanda atası ilə birlikdə Ferret-Savinel adlı ailə tikinti şirkətinə başçılıq edir. Qısa bir zamandan sonra atasına xəbər belə vermədən həmən şirkəti satır.

Müəssisənin satışından əldə etdiyi pulları o, müflüs olmuş Boussac adlı tekstil holdinqinə yatırır . Həmən holdinqə həmçinin ChristianDior moda evi də məxsus idi. Bu vəziyyətdən istifadə edən Bernar onların səhmərini almağa başlayır. Və 1984-cü ildə çoxmilyardlı imperiyasının əsasını qoyur.

Stefan Person

person3

H&M şirkəti, 28 milyard dollarlıq sərvət.

İsveç milyarderi Karl Stefan Erlinq Hennes&Mauritz ( bütün dünyaya H&M kimi bəlli olan ) adlı pərakəndə satış şəbəkəsinin idarəetməsinin sədridir. H&M mağazalar şəbəkəsi gənclər üçün əlverişli qiymətə olan geyimlər istehasal edirlər. Onların 45 ölkədə demək olar ki, 3 minə yaxın mağazaları var.

Mənbələr: H&M şirkətinin əsası gələcək milyarderin atası Erlinq Personun tərəfindən qoyulmuşdu. Uzun illər bu şirkət müasir ucuz geyimlər mağazalar şəbəkəsi idi.

Brendin dünya səviyyəsində əsas pərakəndə mağazalar şəbəkəsinə çevrilməsi atanın gənc Stefana xaricdə yerləşən ilk H&M mağazasının strategiyasının inkişaf etdirməyi həvalə edəndə, yəni 70-ci illərdə başlayır. Xarici bazarlara çıxardılması Böyük Britaniyadan başlayır. Stefana etibar edilmiş ilk mağazaya müştəriləri cəlb etmək üçün o, o dövrdə məşhur olan ABBA musiqi qrupunun plastinlərini paylayırdı.

Fil Nayt

nayt4

Nike şirkəti, 14, 4 milyardlıq sərvət.

Filipp Xempson Nayt bu gün ki gündə idman sənayesində ən dəyərli ticarət nişanı olan Nike şirkətinin direksiyasının sədridir. Nike məhsullarını yalnız öz adı ilə deyil, həmçinin AirJordan, Total 90, NikeGolf, TeamStarter brendləri altında da buraxır. Bundan savayı, şirkət bütün dünyada məşhur olan Converse-in də fəaliyyətinə nəzarət edir.

Mənbələr: 1914-cü ildə orta məsafələr üzrə qaçağan və Oreqon universitetinin tələbəsi olan Fil Hayt öz məşqçisi ilə birlikdə BlueRibbonSorts şirkətinin əsasını qoyur.

Daha sonra bu şirkət Nike adlandırılır. O dövrdə şirkətin fəaliyyəti Asiya ölkələrindən idman ayaqqabılarının sifarişi və onların amerika bazarında satışı iıə kifayətlənirdi. Nayt və Bauerman, hər biri işə 500 dollar yatıraraq yaponlardan 300 cüt idman ayaqqabıları sifariş edirlər. Nayt yüngül atletika üzrə yarışlar keçirilən stadionun qarşısında ayaqqabıları avtomibilinin gövdəsindən satırdı.

Biznesin inkişafında dönüş nöqtəsi ayaqqabıların altını yivli etməklə olur. İdman avadanlıqlarının inqilabına səbəb olan bu fikir Naytın ortağının ağlına o, mətbəxdə vaflilərin hazırlanmağına baxanda gəlir.

Tadasi Yanay

yanay5

Uniqlo şirkəti , 13, 3 milyard dollarlıq sərvət.

Bu yapon milyarderi FastRetailing şirkətinin banisi və prezidentidir. Bu şirkətə nəhəng Uniqlo mağazalar şəbəkəsi məxsusudur.

Mənbələr: 1984-ci ildə Tadasi Xirosima şəhərində UniqueClothingWarehouse adını daşıyan casual üslubunda olan geyim mağazası açır. Qısa bir müddətdən sonra gənc milyarder mağazanın adını dəyişib Uniqlo edir. 10 ildən sonra Yaponiyada 100, daha 10 ildən sonra isə – 500-dən çox Uniqlo mağazaları fəaliyyət göstərirdi .

Biznesin uğurla inkişaf etməsinə baxmayaraq şirkət yanız 2002-ci ildə dünya bazarına çıxa bilir. O zaman Şanxayda ilk Uniqlo mağazası, daha sonra isə Böyük Britaniyada mağazalar şəbəkəsi açılır .

Miuçça Prada

prada6

PradaGroup şirkəti, 12, 4 milyard dollarlıq sərvət.

Bugünkü gündə, Prada kişi və qadın geyimi, ayaqqabılar, aksesuarlar və parfümeriya istehsal edir. Hal-hazırda Prada Group-a Prada, MiuMiu, Church’s и CarShoe brendləri daxildir. Prada brendinin özü isə artıq neçə ildir ki bütün moda sənayesinin inkişafını səhvsiz təyin edən əsas trendsetteridir.

Mənbələr: 1913-ci ildə Mario Prada şirkətin əsasını qoyur. Miuççaya bu şirkət anasından miras qalır. O, yalnız çanta və dəri malları deyil, həmçinin bütün növ geyimlər buraxmağa başlayır. İkinci uğurlu biznes-gedişi Miuçça Patrisio Bertelli ilə saziş bağlamaqla edir. Moda evinin maliyyə məsələləri Bertellinin səlahiyyətinə keçir. Daha sonra isə onlar ailə həyatı qururlar. Patrisio Bertelli həmçinin dünyanın ən varlı feşn-tuzlarının siyahısına daxildir. Onu kapitalı 6,7 milyard dollarlıq qiymətləndirilir.

Alen və Jerar Vetxaymerlər

ale7

Chanel şirkəti, 8 milyard dollarlıq sərvət.

Artıq bir əsrdi ki, Şanel moda sənayesində ən məşhur addır. Kutürlardan və pret – a- portedən olan geyim xətlərindən savayı , brend kosmetika və parfümeriya , saatlar və zərgərlik əşyaları da buraxır.

Mənbələr: Dəb aləminin ən etibarlı adları hesab edilən Vertxaymer qardaşlarına şirkət babaları Pyer Vertxaymerdən qalıb. P. Vertxaymer şirkətin əsasını Qabriel Şanel ilə birlikdə qoymuşdu. O, Möhtəşəm Madmuazel ilə bir neçə onilliklər ərzində ən çox satılan ətirlərə – Chanel №5 – və XX əsrdə dəb aləminin inkişafını təyin edən digər məhsullara sahib olmaq hüququnu qazanmaq üçün mübarizə aparıb.

Pyerin nəvələrinin ən böyük nəaliyəətləri Asiya ölkələrində moda evinin məhsullarını məşhurlaşdırmaq və satışını təyin etmək idi.

Ralf Loren

laren8

Ralph Lauren şirkəti, 7 milyard dollarlıq sərvət .

Bugünkü gündə RalphLauren brendi yalnız geyim deyil, həmçinin digər dəbdəbə əşyaları da buraxır. Bu ad əsl amerikan üslubu ilə bağlıdır.

Mənbələr: Ralf Lifşis ABŞ-a bolşevik Belorussiyasından köçmüş yahudi ailəsinin övladıdır. Onlar çoxuşaqlı ailə idilər və Bronks şəhəində məskunlaşmışdırlar.

Ralf uşaq ikən ürəyində amerikan arzusu bəsləyirdi . Məktəbdə inşaların birində öz arzusunu yazır: « Mən milyonçu olmaq istəyirəm! » 12 yaşında daxılı boşaldıb Ralf ilk klassik kostyumunu alır. Və dərhal öz təyinatını anlayır.

İsak Andik

mango8

Mango şirkəti, 5 milyard dollarlıq sərvət.

İspan milyarderi İsak Andik Mango dəbli geyimin istehsalı və satışı ilə məşğul olan şirkətin təsisçisi və əsas səhmdarıdır. Pərakəndə şəbəkələrin 104 ölkədə 2000-dən çox mağazaları var.

Mənbələr: İsak Andik 1950-ci ildə Türkiyədən ispan Kataloniyasına mühacirət etmiş yahudi ailəsində anadan olub. Onun dəb aləmində ilk fəaliyyəti 1972-ci ildə o, tətildən bir neçə köynəklə qayıdıb onları dostlarını iki dəfə baha qiymətə satdığında başlayıb. İsakın etiraflarına görə ilk fəaliyyətindən etibarən o, şəxsi geyim mağazası açmaq arzusu ilə yaşayırdı.
İlk mağazasını İ. Andik 1984-ci ildə Barselona şəhərində açır.

Lesli Veksner

viktor9

Victoria’s Secret şirkəti, 4, 5 milyard dollarlıq sərvət .

Lesli Veksner LimitedBrands korporasiyasına başçılıq edir. Bu korporasiyaya qadın alt partarlarının istehsalı və satışı ilə məşğul olan dünyada ən məşhur şirkət sayılan Victoria’sSecret məxsusdur.

Mənbələr: Victoria’s Secret mağazalar şəbəkəsini 4 milyon dollara əldə edərək Veksner onun ilkin anlayışını dəyişir və dəbdəbəni əlverişli etmək qərarına gəlir. İlk dəfə onun ağlına alt paltarları bu qədər səmimi nümayiş etdirmək gəlir. Nəticədə hər il keçirilən və ən bahalı və ən çox izlənilən Victoria’s Secret – dən şou yaradılır.

Son xəbərlər
Digər xəbərlər