8 C
Baku
Friday, March 29, 2024

Dələduzlar WhatsApp sayəsində pul qazanmağın yolunu tapıblar

Dələduzlar ənənəvi spamlı sxemdən istifadə edirlər.

Belə ki, onlar şəxsi və qrup ismarışları vasitəsilə Burger King-dəki pulsuz kupon barəsində ismarışlar yayırlar. Həmin ismarışlara isə uduşlu oyun linki əlavə edirlər. İsmarışın daha inandırıcı olması üçün onlar hətta Burger King-in loqosundan və şirkətin saytına bənzər linkdən də istifadə edirlər. Buna görə də bir çoxları əslində bu ismarışların saxta olduğunu bilə bilmirlər. Linkə kliklədikdə uduş oyunun qaydaları əks olunmuş saxta səhifə açılır.image 58979826048016

Həmin saxta səhifə isə bu ismarışı digər WhatsApp istifadəçiləri arasında yayılmanı tələb edir. Dələduzlar pul və ya istifadəçinin şəxsi məlumatlarını oğurlamağa çalışmırlar. Onlar saxta səhifədə reklamla bağlı modul yerləşdiriblər və həmin reklamların baxış sayları sayəsində pul qazanırlar. Həmçinin dələduzlar saxta link vasitəsilə Google Chrome üçün zərərli əlavə də yayırlar. Sayt cihazın tərzini təyin edir və əgər istifadəçi kompüter vasitəsilə daxil olubsa onu həmin zərərli əlavənin olduğu səhifəyə yönləndirirlər. “ESET” şirkətinin mütəxəssisləri Yanvar ayı üzrə həmin səhifəyə 27.000 keçid aşkar ediblər.

image 38995064562186

Son xəbərlər
Digər xəbərlər