3 C
Baku
Saturday, December 14, 2024

Dələduzluq etməkdə şübhəli bilinən makler saxlanılıb

Şirvanda dələduzluq etməkdə şübhəli bilinən makler saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını ələ keçirən Şirvan şəhər sakini, 44 yaşlı Rövşən İmanov Bakı şəhərində saxlanılaraq istintaqa cəlb edilib.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib.

Məlum olub ki, ev alqı-satqısı ilə məşğul olan həmin şəxs müxtəlif vaxtlarda Şirvan şəhər sakini olan altı nəfərə mənzil satacağı adı ilə yalan vədlər verərək onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

“Polis əməkdaşları Rövşən İmanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+994 2121) 5-14-50 şəhər və (+994 51) 425-28-01 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – deyə Mətbuat Xidmətindən bildirilib.

Son xəbərlər
Digər xəbərlər