Müsahibələrimdən biri heç zaman yadımdan çıxmaz, bu iş görüşməsi tamamı ilə yeməklə dolu bir süfrə arxasında keçirilirdi. Tərslikdən mənim də nahar etməyə vaxtım olmamışdı, elə ona görə mən –“bir şüşə şirə içə bilərəm” deyə soruşdum, baxmayaraq ki, əməkdaş özü mənə heç nə təklif etməmişdi. İntervü özü isə çox adi, sıradan bir iş görüşməsi idi. Və nəhayət intervü sona çatanda mən dözməyərək dilləndim ki, “bəs nəyə görə stolun üzərində bu qədər yemək var?”.
O, cavab verdi ki, bunu hələ kompaniyanın təsisçisi, ilk əməkdaşları işə qəbul edərkən fikirləşib. Bütün bunlar isə İkinci dünya müharibəsinin sonlarına təsadüf edib. Əgər müsahibəyə gələn adam qeyri iradə olsa da “qarşıya qoyulmuş yeməklərdən hər-hansı birini yeyə bilərəmmi”, deyə soruşsaydı, bu onu göstərirdi ki, söhbət aclıq çəkən bir insandan gedir. Bu insana həqiqətən də iş çox vacibdir. O, kompaniyaya yalnız belə insanları işə götürürdü. Sonra isə bu ənənə davam edərək, bu günümüzə qədər gəlib çıxmışdı. Amma getdikcə gənc menecerlərin əksəriyyəti bu ənənəyə qarşı çıxır.