Mən institutu təzə başa vurmuşdum və iş axtarırdım. Nəhayət ki, məni iş müsahibəsinə dəvət etdilər. Söhbət zamanı onlar əsas diqqəti və vurğunu o, nüansa yönəldirdilər ki, sözün əsl mənasında inadkar adam axtarılar ki, istənilən bir sövdələşməni başa vura bilsin. Onlardan biri masanın üzərində qələmi götürüb, mənə uzadaraq dedi: “Bunu mənə satmağa çalış”. Mən qələmin keyfiyyəti haqqında danışdım, daha sonra isə hətta adi bir qələmin belə insan həyatında hansı rolları oynaya biləcəyini söylədim və bu əhvalda söhbət davam etdi. Müəyyən məqamda o dedi ki, daha kifayətdir, artıq yetərincə məlumatlanıb və xahiş etdi ki, qələmi ona qaytarım.
Mən imtina edərək söylədim ki, bu qələmin qiyməti 5 dollardır. O təkid edirdi, mən isə öz dediyimin üstündə dururdum., axırda o, pulu ödəməyə məcbur oldu. Tamamı ilə qəzəbli şəkildə o otaqdan çıxaraq, qapını möhkəmcə çırpdı. Mən isə işə götürdülər, amma hələ uzun müddət həmin müsahiblə üz-üzə gələndə, o, mənə çəp-çəp baxırdı.