Bir dəfə mənə tanış bir rekruter zəng etdi və sevinclə Nyu-York hospitalının İT departamentində karyera imkanı barədə xəbər verdi. Prinsip etibarı ilə mən iş axtarmırdım, amma o, bu yeri mənə elə təqdim etdi və elə təsvir etdi ki, imtina edə bilmədim.
Qəbul otağında mühafizəçi mənə intervü keçiriləcək otağa necə keçməyi izah etdi. Mən dəhlizlərlə gəzişir və lazım olan otağa gedə bilmək üçün keçdiyim yerləri xəritə ilə tutuşdururdum. Lazımı otağa çatdım. Amma qapının üzərində «Morq» yazılmışdı. Mən düşündüm ki, yəqin lövhəciyi səhv qoyublar. Qapını açdım, amma bura həqiqətən morq idi –nəfəs kəsici soyuq və otağın ortasında xərək üzərində uzadılmış cəsəd. Mən geri qayıtdım və mühafizəçiyə dedim ki, o məni səhv istiqamətdə göndərib. Amma yox! Belə məlum oldu ki, İT-departamentə yalnız morqdan keçməklə düşmək mümkün ola bilər Mən elə bir sifət aldım ki, o, dərhal məni ötürməyə razılaşdı.
Biz donmuş meyitin yanından keçdikdə, mühafizəçi maraqlandı ki, mən hər səhər işə gəldikdə belə bir mənzərə ilə qarşılaşmağa hazırammı? İntervü zamanı kənardan elə görünə bilərdi ki, mən dünyanın ən təmkinli və özünə güvənən insanıyam. Ola bilsin, məhz bu xüsusiyyətimə görə intervünü götürənlər məni bəyənmişdilər. Onların heç ağlına gəlməzdi ki, əslində mənim düşdüyüm vəziyyət intervüdən sonra bir də bu otağa qayıtmalı olduqda yaşaya biləcəyim dəhşətlə bağlı idi, bu otağa yenidən qayıtmalı olduğumu düşünmək sanki məni də dondurmuşdu. Növbəti gün onlar mənə zəng edib dedilər ki, məni işə götürürlər. Mən isə cavab verdim ki, köhnə iş yerimə nə qədər bağlandığımı məhz onu itirmək üzrə olanda anladım və daha işimi dəyişmək istəmirəm.