Mənim McKinsey & Co kompaniyasında bir dəfə olduqca məzəli bir iş görüşməm olub, işə düzəlmək üçün məni və eləcə də digər yeddi namizədi intervüyə dəvət etmişdilər. Bizim hamımızı konfrans-zala yığmışdılar və növbə ilə hər birimizi qonşu otağa, müsahibənin keçirildiyi yerə dəvət edirdilər. Nahar vaxtı gəlib çıxdı, məni isə hələ də çağırmırdılar. Bizə pizza gətirdilər və yeganə namizəd idim ki, onu gümüş çəngəl-bıçaq dəstində istifadə etməklə yemək qərarına gəlmişdim. Mən düşündüm ki, əgər bura McKinsey & Co kompaniyasıdırsa, onda yəqin pizzanı da çəngəl, bıçaqla yemək lazımdır.
Süfrə arxasında biz, yəni mən və digər iş axtaranlar müxtəlif kompaniyalarda iş görüşmələri zamanı başımıza gələn əhvalatları xatırlamağa başladıq. Birdən mən soruşdum: «Bəs, uşaqlar əgər sizə desəm ki, mən bu kompaniyanın işçisiyəm və burda olmağımın məqsədi sizin davranışınızı müşahidə etməkdir, özünüzü necə hiss edərsiniz, son üç saatdır mən məhz bununla məşğulam». Əgər düz xatırlayıramsa, onlardan ikisi gözlənilməzlikdən əllərindəki pizza tikələrini yerə saldı, üç nəfər isə dərhal-çəngəl bıçağı əlinə götürdü, qalanlar isə sadəcə otaqdan qaçdı! Düzdür, məni işə almadılar. Əvvəlcə onlar mənə dedilər ki, bu iş üçün lazım olduğundan daha çox səriştəliyəm və mənə özümü daha ciddi bir vəzifədə sınamağı təklif etdilər. Sonra isə onlar mənə yenə rədd cavabı verib, həmin vəzifə ilə bağlı bildirdilər ki, mən bu iş üçün yetərincə səriştəli deyiləm.