8 C
Baku
Sunday, November 17, 2024

“Dəmir Bank”ın əmlakı yenidən hərraca çıxarılır

Martın 16-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

Bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsindəki 91 kv.m-lik fərdi yaşayış evindən gedir. Əmlakın satışı üçün fevralın 23-nə nəzərdə tutulmuş hərrac baş tutmadığından ona yenidən 121 min manat qiymət qoyulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər