28 C
Baku
Wednesday, June 25, 2025

“Dəmir-beton tikililərin layihələndirilməsi və inşaat qaydaları” dövlət standartı hazırlanır

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Dəmir-beton tikililərin layihələndirilməsi və inşaat qaydaları” dövlət standartı layihəsini ictimai müzakirəyə çıxarıb.

İctimai müzakirə bitdikdən sonra təsdiq olunmuş layihə əsasında dövlət standartı qəbul ediləcək.

Qeyd edək ki, bu standart dəmir Beton tikili elementlərinin və quruluşların istifadə məqsədinə və xidmət müddətinə uyğun təhlükəsiz şəkildə dizayn edilməsi, hesablanması, ölçüləndirilməsi, armaturların yerləşdirilməsi və inşaatına dair qaydaları və şərtləri ehtiva edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər