Dəmir filizi qiymətləri, Bəzi polad istehsalçılarının, Çindəki uzun tətildən əvvəl ehtiyatlarını artırmağa başlamaları ilə əlaqədar, ton başına 120 dolları keçib.
Banker.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Dəmir filizi Sinqapur bazarında səhmlərin artması gözləntiləri və yay tənəzzülündən sonra tələbin bərpası fonunda 9 faizdən çox bahalaşıb.
Qiymətlər, keçən həftə ton başına 90 dollara düşdükdən sonra, ardıcıl beş gündür ki, yüksəlir. Polad istehsalında istifadə olunan dəmir filizi, son aylarda Çinin karbon emissiyası ilə mübarizə məqsədilə istehsalı keçən ilin rekord səviyyəsindən aşağı saxlaması ilə əlaqədar bahalaşıb.