23 C
Baku
Monday, September 16, 2024

Dəmir yollarında işçilərin sayı azaldılıb, əmək haqları artırılıb

Azərbaycanda dəmir yollarında çalışan işçilərin sayı 2024-cü ilin birinci yarısının sonuna 15.3 faiz azalıb.

Banker.az-ın xəbərinə görə, 1 iyul 2024-cü il tarixnə Azərbaycanda dəmir yollarında çalışan işçilər 3 885 nəfər olub. Bu keçən ilin eyni dövründə 4 586 nəfər idi.

Bununla belə, bu sektorda orta aylıq əmək haqqı keçən illə müqayisədə 1 156.3 manat olduğu halda, bu il 1 402.4 manata yüksəlib. Bu da cari ilin müvafiq dövründə 21.3 faiz artımdır.

Azərbaycanda dəmir yollarının yeganə operatoru “Azərbaycan Dəmir Yolları” QSC-dir.

DSK-nin məlumatına əsasən, dəmiryollarının işçilərə çəkdiyi əməkhaqqı xərci 2024-cü ilin ilk yarısında 5.44 manat olub. Bu keçən il isə 5.3 mln. manat ümumilikdə əməhaqqı xərci olmuşdu.

Dəmir yollarında yükdaşıma illik 1.8% artımla 9.32 mln. tona, sərnişin daşınma 14.82% artaraq 3.85 mln. nəfər, ondan gəlirlər isə 25% artaraq 463.54 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər