11 C
Baku
Monday, December 8, 2025

Dəmir yollarının sərnişindaşımadan gəlirləri 13 mln. manata çatıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda sərnişindaşımadan əldə olunan gəlir 12  milyon 71,1 min manat təşkil edib.

Banker.az xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövründəki 8 milyon 135,7 min manatla müqayisədə 3 milyon 935,4 min manat və ya 48,4% artım deməkdir.

Bunun da 4 milyon 876,1 min manatı şəhərətrafı daşımaların payına düşüb ki, bu da illik müqayisədə 46,9% artım göstərir.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 7 156,8 min sərnişin daşınıb. Bu göstərici 2024-cü ilin eyni dövründəki 5 milyon 987 min sərnişinlə müqayisədə 1 milyon 169,8 min nəfər və ya 19,5% çoxdur. Quru sərhədlər pandemiya səbəbindən bağlı olduğu üçün daşınan sərnişinlərin hamısı daxili marşrutların payına düşüb.

Şəhərətrafı qatarlarla daşınan sərnişinlərin sayı 6 milyon 774,9 min nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3% artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər