6 C
Baku
Sunday, December 15, 2024

Dəmir yolu daşımaları üzrə tariflərin dəyişdirilir?-AÇIQLAMA

Azərbaycanın daxilində dəmir yolu daşımaları üzrə tariflərin dəyişdirilməsi məsələsi gündəmdə deyil.

Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib: “Beynəlxalq istiqamətlər üzrə tarif siyasəti bizdən asılı deyil, orada beynəlxalq sazişlər, İsveçrə frankının məzənnəsi və s. rol oynayır. Daxili reyslərə gəlincə, hətta Bakı-Sumqayıt elektrik qatarı üzrə gedişin maya dəyərinin təqribən 6 dollar, bir sərnişin üçün biletin qiymətinin isə 0,8 manat olmasına baxmayaraq, daxili reyslər üçün tariflərin dəyişdirilməsini nəzərdən keçirmirik”.

Trend

Son xəbərlər
Digər xəbərlər