Azərbaycanda dəmir yolu işçilərinin maaşında artım var.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyun aylarına istinadən xəbər verir.
2022-ci ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı sektorunda çalışan işçilərin orta aylıq maaşı 662.9 manat təşkil edir. Bu, ötən ilin müfaviq dövrü ilə müqayisədə 12.9% çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarının göstəricilərinə əsasən, dəmir yolu işçilərinin maaşı 587 manat idi.