2 C
Baku
Sunday, December 15, 2024

Dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrəAzərbaycan ABŞ və Almaniyanı qabaqlayıb

Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi 70,8-ə bərabər olub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi “ADY Express” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətlilik Hesabatı”nda deyilir.

Hesabata görə, Azərbaycan bu indeks üzrə ABŞ (69,2), Almaniya (65,3), Estoniya (60,9), Norveç (57,6) və İsveç (49,3) kimi inkişaf etmiş ölkələri qabaqlayıb. Yaponiyanın dəmir yol nəqliyyatının səmərəlilik indeksi 96-ya bərabər olub ki, bu da ən yüksək göstəricidir. Ən aşağı indeks göstəricisi isə Lesotoda olub.

Ümumiyyətlə, Azərbaycan siyahıda 141 ölkə arasında 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, səmərəlilik indeksi tezlik, dəqiqlik, sürət və qiymət kimi kateqoriyalar birləşdirilərək ölçülür. Dəmiryol şəbəkələrinin sıxlığı və ümumi sürücülük səviyyəsi səmərəlilik dərəcələrində öz əksini tapmır.

©Report

Son xəbərlər
Digər xəbərlər