“Bütün dünya ölkələrində dəmiryol fəaliyyəti zərərlə nəticələnən sahədir”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.
O bildirib ki, qiymət artımı ilə bağlı gözləntilər yoxdur:
“Bununla bağlı hər hansı fəaliyyət mövcud deyil. Bütün ölkələrdə dəmiryol üzrə sərnişindaşıma zərərlə nəticələnən fəaliyyətdir. Bu səbəblə Prezident xüsusi daşınma qaydalarının hazırlanması ilə bağlı fərmanı imzalayıb və bununla da qurumun qarşısına öhdəlik qoyulub. Hazırda bunun üzərində ciddi işlər aparılır”.