19 C
Baku
Saturday, October 5, 2024

DəmirBank 100-ə yaxın yeni işçi götürdü

2017-ci ilin birinci yarısında 94 yeni əməkdaş DəmirBank ailəsinə qoşulub. İşə qəbul olunanlar sırasında İT, xəzinədarlıq, hüquq kimi müxtəlif sahələr üzrə department direktorları, şöbə müdirləri və mütəxəssislər var.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır, vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçirilirlər.

DəmirBank əməkdaşlarının peşəkar inkişafını təmin etmək, onların motivasiyasını və komanda ruhunu yüksəltmək məqsədi ilə təhsil və təcrübə almalarına daim dəstək göstərir. Belə ki, Bank əməkdaşlarına mütəmadi olaraq müxtəlif tanınmış xarici və yerli təlim şirkətlərinin proqramlarından bəhrələnmə imkanı yaratmaqla yanaşı, ölkəmizin qabaqcıl təhsil, təlim müəssisələrinin layihələrindən istifadə imkanlarını da gerçəkləşdirir. 

DəmirBank-ın hazırda aktiv olan vakansiyaları haqda http://demirbank.az/vakansiyalar/ saytından detallı məlumat əldə edə bilərsiniz.

Qeyd edək ki, 28 illik zəngin tarixə malik DəmirBank-ın 11 beynəlxalq investor tərəfindən məcmu kapitalının artırılması qərarı verilmişdir. Məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın xarici öhdəliyinin (105 milyon USD) 1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tutur.

Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi: (012) 149
http://www.demirbank.az
www.facebook.com/demirbank.az

Son xəbərlər
Digər xəbərlər