Daxili İşlər Nazirliyi Bakıda banka edilən basqınla bağlı məlumat yayıb.Nazirlikdən verilən məlumata görə, fevralın 11-də saat 23 radələrində Binəqədi rayonunun Ş.Məmmədova küçəsindəki “DəmirBank” ASC-dən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal hadisə yerinə gəlmiş Binəqədi rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərmiş paytaxt sakini Elxan Məsimov saxlanılıb və 5-ci Polis bölməsinə təhvil verilib.