17 C
Baku
Wednesday, October 2, 2024

“DəmirBank” “Qış Təcrübə Proqramına” start verib

“DəmirBank” tələbələr və universiteti yeni bitirmiş istedadlı gənclər üçün nəzərdə tutulmuş “Qış Təcrübə Proqramına” start verib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, tələbələr təcrübə zamanı dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar.

Proqram güclü potensialı və bank daxilində sürətli adaptasiya nümayiş etdirmək qabiliyyətinə malik müxtəlif ixtisas sahələrində olan tələbələr üçün nəzərdə tutulub. Təcrübə müddəti tələbələrin və bankın razılığı ilə 1 aydan 3 ayadək müddətdə davam edəcək.

Proqramda iştirak üçün CV formaları yanvarın 19-dək [email protected] ünvanına mövzu hissəsində “Qış Təcrübə Proqramı” yazmaqla göndərilməlidir.

Ətraflı məlumatı bankın məlumat mərkəzindən (012) 149http://www.demirbank.az/?/az/ saytından və bankınwww.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.

14522635662831426053_1000x669

Son xəbərlər
Digər xəbərlər