24 C
Baku
Friday, September 27, 2024

DəmirBank yanvar ayının nəticələrini elan etdi

DəmirBank-ın aktivləri 1 fevral 2014-cü il tarixinə 412,3 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 33,5 mln. manat və ya 12,1% artaraq 311,1 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 fevral 2014-cü il tarixinə 195,1 mln. manat olub.

Əhalinin əmanətlərinin həcmi isə 1 fevral 2014-cü il tarixinə 161 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 20% və ya 26,8 mln. manat çoxdur.

Bankın 1 fevral 2014-cü il tarixinə məcmu kapitalı isə 61,1 mln. manat olub, bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

Son xəbərlər
Digər xəbərlər