13 C
Baku
Saturday, May 18, 2024

DəmirBank yeni Yığım əmanətini təqdim edir

DəmirBank yeni “Yığım” əmanətini müştərilərə təqdim edib. Minimum 10 AZN ilkin mədaxil edərək  əmanət hesabı aça bilər. Maksimum 20 il müddətə açılan yeni əmanəti manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Əmanət məbləğinə illik 5% hesablanır.

“Yığım” əmanəti bir sıra üstünlüklərə malikdir: istənilən  zaman əmanəti artırmaq imkanı, əmanət məbləğinin istənilən zaman cəriməsiz tam və ya qismən çıxarılması, müştərilərin gələcək maliyyə durumlarını sığortalanması, 3-cü şəxsin adına da açıla bilməsi və s.

Əmanət məbləği 10000 manat və ya ABŞ dollarını keçməməlidir, keçdikdə müştərinin istəyi əsasında yığılmış məbləğ DəmirBank-ın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər