2 C
Baku
Saturday, December 14, 2024

“Dəmirbank”da yeni təyinat olub

“Dəmirbank” ASC-nin İnformasiya texnologiyaları Departamentinə yeni direktor təyin edilib.

Bu vəzifəyə Emil Mehdiyev gətirilib.

O, yeni vəzifəsində Ramiz Sadıqovu əvəz edib.

E.Mehdiyev bundan əvvəl “Accessbank” QSC-də və “Bank VTB (Azerbaijan)” ASC-də çalışıb.

Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə “Azərdəmiryolbank” adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər