“DəmirBank”ın heç bir müştərisinin hesabına müdaxilə olmayıb. Bu barədə Trend-ə bankdan bildiriblər.
Qeyd olunub ki, bununla bağlı iddialar tamamilə əsassızdır:
“06 fevral 2017-ci il tarixində bankdan kənarda yerləşən sistemlərə qanunsuz müdaxilə olunaraq bank vəsaitlərinin mənimsənilməsinə cəhd göstərilib. Beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alınıb.
Qeyd edək ki, yayılmış məlumatlara əsasən, xakerlər bankdan 3 mln. manata yaxın vəsait oğurlayıblar.